Rock YouTube channel with real views, likes and subscribers
Get Free YouTube Subscribers, Views and Likes

21 yaşında 'partlayışlar' edən Namiq Qaraçuxurlu sonralar niyə yoxa çıxdı?

Follow
1000 Production

#1000production #birivar #namiqqaracuxurlu

2000ci illərin əvvəllərində Azərbaycan öncə maraqlı bir səs eşitdi. Bu səs sanki 50 yaşlı bir təcrübəli kişidən gəlirdi və o kişi bizə başına gələn maraqlı hekayətlərdən birini danışırdı. Adına Rəvayət desə də, xalq bu hekayəti rəvayət kimi qəbul etmədi. Sonra bəlli oldu ki, bu rəvayəti oxuyanın hələ 21 yaşı var.
Biri var, qısa anda meyxana dünyasında partlayış edib sonra sənət inzivasına çəkilən Namiq Qaraçuxurlu...
Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7400 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda 2 dəfə solo konsert verib. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert verib.
Namiq Qaraçuxurlunun ilk partlayış edən dueti Könül Kərimovaya ilə oxuduğu “Cavanlıq səhvi” idi. Sözlərini, musiqisini də özü yazması insanların Namiq Qaraçuxurluya olan heyrətini bir az da artırırdı. Bu klip çəkiləndən sonra artıq Namiq Qaraçuxurlu populyarlığını ikiyə vurdu. Klip çıxdığı ildə demək olar ki, bütün ekranlarda Namiqi və Könülü görürdük. İnsanlar heyrət edirdi, yaraşıq, səs, şairlik, musiqi... Hamısı bir adamda cəmləşə bilərdimi?

2009cu il aprelin 16da Namiq Qaraçuxurlu ilk solo konsertini tamaşaçılara təqdim edir. Meyxanaçımüğənni bu konsertdə Moskvada yaşayan azərbaycanlı sabiq iş adamı “AST Telman” kimi tanınan Telman İsmayılova böyük təşəkkürünü bildirir: “Bu gün mənim səhnədə və sizlərin qarşısında olmağımın səbəbkarı məhz odur. Sənət yolumda mənə bu dəstəyi verdiyi üçün minnətdaram”.

Namiq Qaraçuxurlu artıq meyxanadan, deyişmədən uzaqlaşsa da, müsahibələrində həl də arabir dostlarla görüşüb meyxana dediyini bildirir. Və bu da bir reallıqdı ki, Namiqin meyxanaları təkcə toplum tərəfindən kütləvi çəkildə qəbul edilmirdi, müğənni həm də xridarlar və meyxana sənətinə yaxın adamlar tərəfindən də yüksək qiymətləndirilir, dövrünün ən sanballı meyxanaçıları sırasında sayılırdı.
Namiqə sərasər sənət uğurları, ailə xoşbəxtliyi arzulayırıq...

posted by itsallpeeweeqj