Almaxanım Belə Qəmli Dayanma
Musiqi: Taleh Hacıyev
Söz: Şamxal Rüstəm
Aranjiman: Anar Farizoğlu
Mixmastering və gitara: Teymur Şahmarov
I
Görüşünə gəlmişəm,
Sən ey gözü bənövşə.
Gözü nəmli dayanma,
Belə qəmli dayanma.
Səninlə dindi dünya,
Sevin, sənindir dünya.
Sevənlərindir dünya,
Belə qəmli dayanma.
Nəqərat:
Var soyuğu, var odu,
Bu yol sevgi yoludur,
Ürək sözlə doludur,
Belə qəmli dayanma.
Könlüm, bulud deyilsən,
Sınıq ümid deyilsən.
Sən ki, sükut deyilsən,
Belə qəmli dayanma.
Səsinlə dindi dünya,
Sevin, sənindir dünya.
Sevənlərindir dünya,
Belə qəmli dayanma.
Çiçək açsın üzündə,
Günəş gülsün üzündə,
Bir sevinc tap özündə,
Belə qəmli dayanma.
Sosial Media Hesabları
YouTube / almaxanim
Facebook / almaxanimehmedli
Instagram / almaxanimehmedli
Twitter / almaxanim_ehmed
_________________________________
Contact : +994 50 244 80 42
_________________________________
DİQQƏT!
Kopyalamaq qəti qadağandır!
© 2023 ALMAXANIM
℗ 2023 ALMAXANIM
#Almaxanım #AlmaxanımƏhmədli #beləqəmlidayanma