How to get free YouTube subscribers, likes and views?
Get Free YouTube Subscribers, Views and Likes

Kərim - Rədd elə getsin

Follow
Kərim Novruzov

Videonun kanaldan götürülüb paylaşılması qadağandır. Müəllif hüquqları qorunur.

Rəsmi hesab: instagram.com/kerim_meyxana
Yayım: instagram.com/kamil_kerimoglu
Əlaqə: +994552107235
#kerim #meyxana #reddelegetsin

Ey dil, o vəfasız gözəli rədd elə getsin
Gül bağına qoyma xəzəli, rədd elə getsin

Kimdir o bivəfa? sual et sən bir özündən,
Min naz ilə dünyanı tamam saldı gözündən.
Əvvəlcə sənə söz verərək, döndü sözündən
Gəlmir sözüylə düz əməli, rədd elə getsin

O gül ki, vəfasızlığını eylədi agah
Yoxdur sənin məhəbbətinə layiqi vallah
Bir diş ki, ağrıya ağızda ruzişəbərgah
Çəkdir o dişi, el məsəli rədd elə getsin

Canan gərəkdir aşiqi tək əhlihal olsun,
Təktək var isə sənətə vurğun, halal olsun
Yazıq o kəsdir sevdiyi hərdəmxəyal olsun
Qanmırsa o şeiri, qəzəli rədd elə getsin.

Əvvəl görəndə zənn elədin sanki mələkdi,
Məlum elədi sonradan, hər nazı kələkdi,
Çəkdikcə onun nazını sən, ruzini çəkdi
Düşmür sənə ağırdır əli, rədd elə getsin.

Əfsus ki, yalandır sənə məhəbbəti vardır,
Hardan biləsən qəlbdə nə niyyəti vardır?
Mümkün ki, təbiətində zəli təbiəti vardır
Qoyma sovura qanını zəli, rədd elə getsin

Könlüm bu dəli Leyliyə məftun ki, deyilsən,
Məcnun kimi səhralara məskun ki, deyilsən,
Məcnun dəlidir, sən ona uyğun ki, deyilsən
Hardan səni tapdı bu dəli? Rədd elə getsin.

Ya küsdürüb, incit, ya bezarlaşdır özündən,
Bir fikrə gedib, nəisə qərarlaşdır özündən
Axır onu bir yolla kənarlaşdır özündən
Yoxdursa geri yol, irəli! Rədd elə getsin.

Axtar tap elə gül, edə ətri səni bihuş,
Gördükdə onu etmiyə rişxənd daha taytuş,
İllərlə bəslə, ola bilməz sərçə qaranquş,
Çünki, belə qoyulub təməli, rədd elə getsin!

posted by elojoafuera9j