Secret sauce that brings YouTube followers, views, likes
Get Free YouTube Subscribers, Views and Likes

Külək Masallıda 30 evi yararsız hala saldı – APA TV

Follow
APA TV

#APATV #külək #Masallı #fəsadlar #təzəalvadı #leysan #yağış #hava #zərər #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023

Aprelin 21də axşam saatlarında cənub bölgəsində qeyri sabit hava şəraiti hökm sürüb.

5–7 dəqiqə davam edən güclü yağış, dolu ilə gələn küləkli hava şəraiti kənd təsərrüfatına, tikililərə, evlərə ziyan vurub. Güclü külək nəticəsində Masallı rayonunun Təzə Alvadı kəndində 30a yaxın evin dam örtüyünə ciddi ziyan dəyib, 5 ev isə yaşayış üçün yararsız vəziyyətə düşüb.
Güclü külək və leysan əkin sahələrinə, elektrik xətlərinə də ziyan vurub, kəndə elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlər deyir ki, belə bir halla ilk dəfədir qarşılaşırlar.

Külək səngiyəndən sonra Masallı rayon Fövqalada Hallar Komissiyasının nümayəndələri ərazidə olub. Komissiya üzvləri ilə yanaşı elektrik, qaz, telekommunikasiya idarə işçiləri də əraziyə səfərbər olublar və dağıntıların siyahıya alınması başlanılıb.

İcra nümayəndəsi onu da bildirdi ki, ərazidə elektrik şəbəkəsinin işçilərinin köməkliyi ilə elektrik xəttləri bərpa olunur. 23 transformatordan 5də qapanma var. Günün sonuna kimi onlar da hazır olacaq. Qaz təsərrüfatında 3 yerdə qaz boruları dağılsa da, artıq bərpa edilib. 50yə yaxın yardımçı tikiliyə, sanitar qovşağa ziyan dəyib.

İri gövdəli ağaclar ƏlətAstara magistralına aşmışdı, görülən tədbirlər nəticəsində ağaclar yoldan kənarlaşdırılıb. Kənd ərazisindəki meşə zolağında 50–80 diametrlik, yaşı 30–40 olan 103 iri gövdəli palıd ağacı aşıb. Meşə təsərrüfatı dağıntıları aradan qaldırır.

Qeyd edək ki, aprelin 21də axşam yağış, dolu ilə müşayət olunan güclü külək Cəlilabad və Biləsuvar rayonlarına da ciddi ziyan vurub.

İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Masallı


✅ Rəsmi saytımız: https://apa.tv
✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber  
✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi  
✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial  
✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic...



Copyright © APA TV

Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.

REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

posted by amaitiadaxo