Free views, likes and subscribers at YouTube. Now!
Get Free YouTube Subscribers, Views and Likes

Mənim VİSAm (13-cü bölüm) Natiqlik bacarığı - Nəcəf Allahverdiyev

Follow
Tural Badalov

Gənclərimizin günümüzdə aydın, səlis danışa bilməməsinin səbəbi
nədir? Gözəl nitq anlayışı hansı amillərlə müəyyən olunur? Yaxşı nitqə sahib olmaq üçün nədən başlayaq və necə hazırlaşaq? Qısa, konkret və təsirli nitqin məşqi necə olur? Düzgün nəfəs alma necə olur? Bədən Dili necə olmalıdır? Özgüvəni necə artıraq? Çəkingənlik, utancaqlığın necə öhdəsindən gələk? Təqdimatı necə bitirək?

"Mənim VİSAm” verilişində proqrama dəvət edilən qonaqlar karyera, karyera planlaması, əmək bazarı, karyera inkişafı, şəxsi inkişaf və.s bu kimi mövzularda onlara ünvanlanan sualları cavablandırırlar.

Qeyd edək ki, verilişin adında olan və karyera planlamasında çox vacib sayılan “VİSA” anlayışın açıqlaması da məhz belədir:
V alues – dəyərlər
İ nterests maraqlar
S kills – bacarıqlar və qabiliyyətlər
A ims – məqsədlər və hədəflər

Maraqlısı budur ki, biz bu verilişdə VİSAnı xaricə getmək, səyahət etmək üçün deyil də, real iş dünyasından gəlmiş qonaqlarımız vasitəsi ilə xoşbəxt, firavan, harmoniyalı və mənalı həyat qurmaq, ən əsası isə öz karyerasını qurmaq istəyən gənclərə kömək etmək üçün istifadə edirik.

Verilişin bu dəfəki qonağı Karnegi Klub Treninq Mərkəzinin direktoru, Beynəlxalq Təlimçilər Assosiasiyasının üzvü Nəcəf Allahverdiyevdir. Qonağımız verilişdə aparıcının ona ünvanladığı sualları çox gözəl, maraqlı, səmimi şəkildə cavablandırıb.

Proqramın aparıcısı və layihə rəhbəri: Tural Bədəlov

posted by prosincaxk