Learn how to get Free YouTube subscribers, views and likes
Get Free YouTube Subscribers, Views and Likes

Mənim VİSAm (8-ci bölüm) Müasir Təhsil sistemi və problemləri

Follow
Tural Badalov

İdeal müəllim necə olmalıdır? STEM təhsil sistemi nədir? Şagirdlərdə kreativ düşüncəni necə inkişaf etdirmək olar? Tənqidi təfəkkür nədir? Şagirdlərin bacarığını necə qiymətləndirmək olar? Şagirdlərdə dərsə marağı necə yarada bilərik? "Escape box"ların təhsildə yeri..Təhsil sistemin mahiyyəti...

"Mənim VİSAm” verilişində proqrama dəvət edilən qonaqlar karyera, karyera planlaması, əmək bazarı, karyera inkişafı, şəxsi inkişaf və.s bu kimi mövzularda onlara ünvanlanan sualları cavablandırırlar.

Qeyd edək ki, verilişin adında olan və karyera planlamasında çox vacib sayılan “VİSA” anlayışın açıqlaması da məhz belədir:
V alues – dəyərlər
İ nterests maraqlar
S kills – bacarıqlar və qabiliyyətlər
A ims – məqsədlər və hədəflər

Maraqlısı budur ki, biz bu verilişdə VİSAnı xaricə getmək, səyahət etmək üçün deyil də, real iş dünyasından gəlmiş qonaqlarımız vasitəsi ilə xoşbəxt, firavan, harmoniyalı və mənalı həyat qurmaq, ən əsası isə öz karyerasını qurmaq istəyən gənclərə kömək etmək üçün istifadə edirik.

Verilişin bu dəfəki qonağı BMU Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədovdur. Qonağımız verilişdə aparıcının ona ünvanladığı sualları çox gözəl, maraqlı, səmimi şəkildə cavablandırıb.

Proqramın aparıcısı və layihə rəhbəri: Tural Bədəlov

posted by prosincaxk