15 YouTube views, likes subscribers in 10 minutes. Free!
Get Free YouTube Subscribers, Views and Likes

Xəzər Süleymanlı-EŞİTSƏM GƏLİRSƏN (Xəlil Rza Ulutürkün şeiri)

Follow
Xəzər Süleymanlı

şeir: Xəlil Rza Ulutürk
səs: Xəzər Süleymanlı
piano: Vüsal Namazlı


Eşitsəm gəlirsən, dönərəm yelə,
Öpərəm mübarək qədəmlərini.
İçərəm bənövşə kirpiklərindən
Asılan mirvari şəbnəmlərini,
Öpərəm mübarək qədəmlərini.

Eşitsəm gəlirsən, uçaram, inan,
Pənbə buludlarla qucaqlaşaram.
Açaram köksümü yeddi iqlimə.
Dəli çaylar kimi aşıbdaşaram.
Pənbə buludlarla qucaqlaşaram.

Elə bir gülsən ki, ömür bağımda
Səni nəfəsimlə bəsləmişəm mən,
Qönçə bağlaçısan göz qabağımda,
Səni dan yerindən səsləmişəm mən.
Səni nəfəsimlə bəsləmişəm mən.

Eşitsəm gəlirsən, çıxaram yola,
Bütün yollar boyu güllər əkərəm,
İkimiz bir qəlbdə yaşayaq deyə,
Sənə qəlbim boyda bir ev tikərəm,
Bütün yollar boyu güllər əkərəm.

Mən evəm, sən mənim odocağımsan,
Bağbanam, sən mənim barlı bağımsan
Mən dağ bulağıyam, sən bulaqlı dağ,
Dünyadan ən böyük umacağımsan.

Ürəyim o qədər yanıqdır ki,
Az qala qanadlı bir quşa dönəm,
Sənin tellərinə düzülmək üçün,
Yağışa, zümrüdə, daşqaşa dönəm.
Az qala qanadıə bir quşa dönəm.

Gurşadla, baharla, ya qatarla gəl!
Hər bir qədəmini könlüm izləyir.
Yüzyüz, milyonmilyon dalğalarla gəl,
Səni sahildə bir qaya gözləyir,
Hər bir qədəmini könlüm izləyir.

#xezersuleymanli #xəzərsüleymanlı

posted by hissave