Secret weapon how to promote your YouTube channel
Get Free YouTube Subscribers, Views and Likes

Xəzər Süleymanlı-NƏ YAXŞI SƏN VARSAN SEVİRƏM SƏNİ (Baba Vəziroğlunun şeiri)

Follow
Xəzər Süleymanlı

şeir: Baba Vəziroğlu
səs: Xəzər Süleymanlı
piano: Fuad İbrahimli

facebook: https://xzrslmnli
instagram: https://xezersuleymanli
telegram: https://t.me/xezer_suleymanli

Gözlərim əbədi gözünə həsrət,
Qulağım bir şirin sözünə həsrət,
Özüm bu dünyanın özünə həsrət,
Nə yaxşı sən varsan, sevirəm səni...

Bilmirəm gözlərin necədir sənin,
Saçların bir zülmət gecədir sənin,
Bilmirəm yaşını neçədir sənin,
Nə yaxşı sən varsan, sevirəm səni...

Çətin yollar keçdim, yaman yoruldum,
Sevgi bulağından içdim, duruldum,
Mən səni görmədim, sənə vuruldum,
Nə yaxşı sən varsan, sevirəm səni...

Sən hardan gəlirsən, yolun haradı,
Bəlkə də ürəyin, qəlbin yaradı,
Bəlkə taleyimtək saçın qaradı,
Nə yaxşı sən varsan, sevirəm səni...

Bircə yol üzünü görməsəm də mən,
Yolunda bircə gül dərməsəm də mən,
Könül açıb, könül verməsəm də mən,
Nə yaxşı sən varsan, sevirəm səni...

Dünya dağılmaz ki, sən mənim olsan,
Gəlib ürəyimi, könlümü alsan,
Bəlkə bir yuxusan, şirin xəyalsan,
Nə yaxşı sən varsan, sevirəm səni...

Sənə olan sevgim könül səsimdi,
Bir xəzan çağında yaz həvəsimdi,
Bilirəm sən varsan mənim bəsimdi,
Nə yaxşı sən varsan, sevirəm səni...

Mən yelkənsiz qayıq, sən uzaq ada,
Sən at belindəsən, mənsə piyada,
Bircə təsəllim var mənim dünyada,
Nə yaxşı sən varsan, sevirəm səni...

posted by hissave